kriminal.az
ABŞ-də faciə - 4-ü uşaq olmaqla 6 nəfər həyatını itirdi

ABŞ-nin Merilend ştatında evdə baş verən yanğında dördü uşaq olmaqla altı nəfər həlak olub.

Kriminal.az bu barədə xarici KİV-ə istinadla xəbər verir. 

Səlahiyyətlilər bildiriblər ki, təxminən 70 yanğınsöndürən bir saatdan çox müddətdə alovun qarşısını alıb.

Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Həmidə İbrahimova

Top
0.081200122833252