“8 avqustda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh məsələri üzrə danışıqların növbəti raundu keçiriləcək. Ön məşq kimi baş tutan Əbu-Dabi görüşündə konkret nəticələr əldə edilməsə də, tərəflər sülh danışıqlarının elə danışıq formatında davam etdirilməsində sadiq idilər. Amma sonrakı müddətdə iki detal yeni prosesləri ortaya çıxarmağa başladı”.
Kriminal.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə şərhçi əziz əLibəyli deyib. O, 2 detaldan söz açıb:
“Amerikanın Zəngəzur dəhlizi ilə bağlı 99 illik icarə təklifi və Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri.
Hər iki məsələ arasında müqayisədə görürük ki, Azərbaycanın konkret ifadə edilmiş rasional dairədə yer alan qanuni tələblərinə başqa proses müstəvisində Rusiya-Amerika xəttində Qafqaz uğrunda amansız rəqabətin də adıdır.
Hətta iş o mərhələyə vardı ki, son bir ayda Rusiya gələcək qarşıdurmalar üçün Gümrüdəki hərbi bazasına silah və əsgər daşımağa başladı.
Hazırda əsas sual budur: Zəngəzur dəhlizində söz sahibi kim olacaq?
Hərbi-siyasi gücə malik rus ordusu, yoxsa siyasi-iqtisadi gücə malik ABŞ gücləri?
Yoxsa Amerikada Rusiyanın agentura şəbəkəsinə qulluq edən senatorlar və diaspora (AnCa) qurumları?
Çünki üç fərqli oyun qaydasında eyni məğlub nəticəyə gəlməyə məcbur qalan Paşinyan nə üçün tələb etməlidir ki, Zəngəzur dəhlizinə tətbiq ediləsi olan nəzarət sistemi Naxçıvana da şamil edilsin.
Ya da guya “suverenliyinə təhlükədir” deyə ABŞ-nin Zəngəzur planını qəbul etməyən Ermənistan (Əslində isə Rusiyaya səfər zamanı Moskvaya indilik yarınmaq üçün) 2025-ci ildə “Suverenlik ili” elan edilmiş Azərbaycan üçün bunu hansı məntiqlə rəva görür? Özü də məğlub ola – ola”.
O, “ABŞ-də baş tutacaq görüşün hədəfi: Sülh Müqaviləsi bağlamaq ola bilərmi?” sualına da cavab verib:
“Prinsipcə xeyr. Açıq qalan suallara cavab yoxdur deyə, ABŞ-ni prosesdə saxlayacaq çərçivə sazişinin imzalanmasına ehtiyac var.
- Yəni Zəngəzur həllini tapır.
- Ermənistan konstitusiyasında dəyişikliklərə gedir.
- Sülh danışıqları üçün konkret öhdəliklər müəyyən edilir.
- Azərbaycan üçün regional və daxili iqtisadi- siyasi, hərbi nəticələri olduqca mühümdür”.
Ə.Əlibəyli nobel sülh mükafatı mövzusunda da toxunub:
“Nəhayət, neçə müddətdir ABŞ Prezidenti Donald Trampın sülhsevər prezident imici üzərində iş aparılır.
Elə Azərbaycanın rəhbəri də onun dövründə müharibə başlamadığına diqqət çəkir. Deməli, məntiq sülh müqaviləsinin bağlanmasına cəhd kimi Donald Trampın Sülh üzrə Nobel mükafatı almasını etiraz etmir.
Lakin sülh müqaviləsinin müəllifi olacaq şəxs imza yetkisinə malik olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdir.
Nəticədə çərçivə sazişi imzalanacaqsa, Tramp, müqavilənin özü imzalananda isə onun müəllifi İlham Əliyev Nobel mükafatına sahib olmalıdır”.
Billurə