Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ukrayna məsələsinin müzakirəsi üçün Aİ xarici işlər nazirlərinin təcili toplantısının keçiriləcəyini açıqlayıb.
Kriminal.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda bildirilir ki, iclas avqustun 11-də baş tutacaq və əsas mövzu Ukrayna ilə bağlı keçiriləcək Rusiya-ABŞ sammiti olacaq.
Kallas bildirib ki, Brüssel və Kiyevin maraqları nəzərə alınmadan ABŞ-la Rusiya arasında hər hansı razılaşma mümkün deyil:
"ABŞ və Rusiya arasında istənilən sövdələşmədə Aİ və Ukrayna da iştirak etməlidir", – deyə o vurğulayıb.
Aİ rəsmisinin sözlərinə görə, bu səbəbdən bazar ertəsi xarici işlər nazirləri təcili toplanacaq.