Ankoricdə otel qiymətləri Putin və Trampın görüşü ərəfəsində kəskin bahalaşıb.
Kriminal.az xəbər verir ki, RIA Novosti Booking.com-un məlumatına istinadən qiymətlərin demək olar ki, iki dəfə artdığını yazıb.
Avqustun 16-da "Hilton Anchorage" otelində bir gecəlik qalma qiyməti əvvəl 347 dollar olduğu halda indi 657 dollara yüksəlib. "Wyndham Garden Anchorage Airport" otelində qiymət 499 dollardan 609 dollara, "The Wildbirch Hotel in JdV by Hyatt"da isə 322 dollardan 547 dollara qalxıb. "Hampton Inn Anchorage" otelində isə qiymət 352 dollardan 616 dollara qədər bahalaşıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp görüşün avqustun 15-də Alyaskada keçiriləcəyini bəyan edib. Kreml də bu məlumatı təsdiqləyib və əsas mövzunun Ukraynada nizamlanma olacağını bildirib.(milli.az)