İsrail ordusunun Qəzza şəhərində Şifa xəstəxanası yaxınlığında jurnalistlərin yaşadığı çadıra hücumu nəticəsində ikisi Əl-Cəzirə müxbiri də daxil olmaqla beş jurnalist həlak olub.
Kriminal.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu xəstəxananın yaxınlığında jurnalistlərin yaşadığı çadırı hədəf alıb.
“Əl-Cəzirə”nin müxbirləri Enes əl-Şərif və Muhammed Kurayka və üç operator hücumda həyatını itirib.
İsrail ordusu isə verdiyi açıqlamada Enes əl-Şərifin öldürüldüyünü etiraf edib.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 237 jurnalist həyatını itirib.
Mürtəza