kriminal.az
Makron Tramp-Putin görüşü barədə: Ukrayna olmadan...

Avropa Ukrayna münaqişəsinin nizamlanması prosesində fəal iştirak etməlidir.

Kriminal.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniya Baş naziri Keyr Starmer, Almaniya kansleri Fridrix Merz və Vladimir Zelenski ilə telefon danışığından sonra bildirib.

"Ukraynanın gələcəyini ukraynalılar özləri olmadan həll etmək olmaz. Avropalılar da şübhəsiz ki, həllin bir hissəsi olacaqlar, çünki təhlükə onların öz təhlükəsizliyidir", - Makron X hesabında yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin avqustun 15-də Ukryana münaqişəsi ilə bağlı Alyaskada görüşəcək.

Top
0.062593936920166