kriminal.az
"Apple" texnologiya oğurluğunda ittiham edilir

Texasda yerləşən "Fintiv" şirkəti texnologiya nəhəngini "Apple Pay"in yaradılmasında ticarət sirlərindən və əqli mülkiyyətdən sui-istifadə etməkdə ittiham edərək "Apple"a qarşı yeni iddia qaldırıb. 

Kriminal.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.

İddiaçının sözlərinə görə, "Apple" ödəmə xidmətinin əsas xüsusiyyətlərini həyata keçirmək üçün "Fintiv"in 2014-cü ildə aldığı "CorFire" texnologiyasından istifadə edib. Texaslılar iddia edirlər ki, "Apple Pay" istifadəyə verilməzdən əvvəl "iPhone" istehsalçısı "CorFire" ilə bir sıra görüşlər keçirib və məlumatların açıqlanmaması haqqında saziş imzalayıb, bundan sonra şirkətin bir neçə əməkdaşını şirnikləndirib və nəticədə əldə olunan inkişafları öz platformasına inteqrasiya edib.

"Fintiv" "Apple"ın ABŞ bankları ilə rüsum siyasəti də daxil olmaqla, ticarət sirri və reketçiliklə mübarizə qanunlarını pozduğuna görə təzminat və cəza tələb edir.

Şirkətlər arasında hüquqi mübarizə 2018-ci ildən "Fintiv"in patent pozuntusu ilə bağlı iddia qaldırdığı vaxtdan bəri davam edir. Məhkəmə əvvəlcə iddianı rədd etsə də, sonradan apellyasiya şikayətinə baxılıb.

Top
0.064479827880859