kriminal.az
Federasiya rəhbəri toyda öldürülüb - Rusiyada

Rusiya Federasiyasının Altay Respublikasının Qarışıq Döyüş Növləri (MMA) Federasiyasının prezidenti Aleksey Kablukov toy mərasimi zamanı vəfat edib.

Kriminal.az "Barnaul 22"yə istinadən xəbər verir ki, hadisə 7 avqust axşamı Tyunqur kəndində baş verib. 74 yaşlı şübhəli naməlum səbəbdən süfrə arxasında əyləşən bir kişiyə hirslənərək onun sinəsinə bıçaqla zərbə vurub.

Kanalın məlumatına görə, hadisədə həyatını itirən şəxs məhz Aleksey Kablukovdur.

Qətl törətməkdə şübhəli bilinən şəxs həbs olunub. Ona qarşı yaxın günlərdə ittiham irəli sürüləcək və məhkəmədən həbs-qətimkan tədbiri olaraq saxlanma tələb olunacaq.

Top
0.061690807342529