Kipr Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi sülh müqaviləsinin paraflanmasını alqışlayır.
Kriminal.az xəbər verir ki, bu barədə Kipr Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
“Bu tarixi razılaşma Ermənistan və Azərbaycan arasında suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşması prosesinə tam hörmətlə yanaşmaqla regionda davamlı sülh və əsl rifah üçün təkan və böyük perspektivlər yaradır”, - məlumatda deyilir.
Kipr XİN həmçinin bu razılaşmanın reallığa çevrilməsində oynadığı mühüm rola görə ABŞ Prezidentini də təbrik edib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.
***
Davamlı sülh təkcə Azərbaycan və Ermənistanın sabitliyi və firavanlığı üçün deyil, həm də bütün Cənubi Qafqaz regionu üçün lazımdır.
Kriminal.az xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo deyib.
“Prezident Əliyevin (Azərbaycan Prezidenti İlham Əliyev - red.) və Baş nazir Paşinyanın (Ermənistanın Baş naziri Nikol Paşinyan - red.) cəsarətini və liderliyini hörmətlə qarşılayır və yüksək qiymətləndirirəm. Bu razılaşmanın əldə olunmasında ABŞ-nin konstruktiv rolunu da qeyd etmək lazımdır”, - o sosial şəbəkələrdə yazıb.
Belçika Avropa İttifaqı ilə birlikdə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına və razılaşdırılmış addımların sürətli və vicdanla həyata keçirilməsinə sadiq qaldığını bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.
***
Albaniya ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması istiqamətində atılan tarixi mərhələni alqışlayıb.
Kriminal.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşılan məlumatında deyilir.
Bəyanatda qeyd olunur ki, Tirana hər iki ölkənin fikir ayrılığı əvəzinə dialoqu seçmək qərarını yüksək qiymətləndirir və bu qərar onilliklərlə davam edən münaqişələrə son qoymağa və münasibətlərin tam normallaşmasına zəmin yaradıb.
***
Şimali Atlantika Alyansı (NATO) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır.
Kriminal.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart sosial şəbəkələrdə yazıb.
“Biz Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişi alqışlayırıq və sülhün əldə edilməsinə verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirik”, - o qeyd edib.
Hartın sözlərinə görə, bu, münasibətlərin normallaşması prosesində irəliyə doğru atılmış mühüm addımdır, eyni zamanda ümumilikdə regional təhlükəsizlik üçün atılan addımdır.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.
***
Bolqarıstan Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmasını alqışlayır və iki ölkənin münasibətləri normallaşdırmaq səylərini dəstəkləməyə hazırdır.
Kriminal.az xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bolqarıstan tarixi razılaşmanı hər iki tərəfin onilliklər boyu davam edən münaqişələrə son qoymaq üçün xoşməramlılıq və öhdəliyinin əlaməti kimi alqışlayır. Bu, regionda sülh və rifahın yeni dövrünün başlanması istiqamətində mühüm addımı nümayiş etdirir. Bakı və İrəvanı münasibətlərin tam normallaşmasına nail olmaq üçün səmimi səylərində dəstəkləyəcəyik”, - XİN-dən bildirilib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.