kriminal.az
"Qalatasaray"da yeni müqavilə - 4 mövsümlük imzalandı

"Qalatasaray"da yeni müqavilə imzalanıb.

Kriminal.az Offsideplus.az-a istinadən xəbər verir ki, söhbət 29 yaşlı mərkəz müdafiəçi Davinson Sançezdən gedir. 

Futbolçunun müqavilə müddəti 2029-cu ilin yayınadək uzadılıb və müqavilədə əlavə 1 mövsüm daha artırmaq imkanı verən maddə də yer alıb.

Qeyd edək ki, futbolçu 2023-cü ildə 9.5 milyon avro qarşılığında "Tottenhem"dən transfer olunub.

Top
0.074162006378174