kriminal.az
Azərbaycanda yanğın törədənlər məsuliyyətə cəlb olundu

Avqustun 15-də Cəlilabad şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Kriminal.az ”a bildirilib ki, araşdırmalarla yanğınların 1997-ci il təvəllüdlü Ş.Əliyev tərəfindən əkin sahəsinin, 1971-ci il təvəllüdlü M.Xudaşov tərəfindən isə məişət tullantıllarının yandırılması ilə törədildiyi məlum olub.

Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Hər iki şəxs məsuliyyətə cəlb olunub.

Top
0.062191009521484