Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ötən gün baş tutan “Şkendiya”-“Qarabağ” oyunu zamanı klubun baş məşqçisi Qurban Qurbanovun geyimi müzakirələrə səbəb olub.
Kriminal.az xəbər verir ki, buna səbəb baş məşqçinin oyun zamanı idman geyimi əvəzinə şalvar köynək seçməsi olub.
Sosial şəbəkə istifadəçiləri Q.Qurbanovun tərzi ilə bağlı “fikrimcə, məşqçi geyimi deyil”, “bəlkə çıxıb toya gedəcək?”, “biraz məclis geyiminə oxşayır”, “mamam formamı yumuşdu,qurumamışdı, müəllim” və s. şərhlər yazıblar.
Bununla belə sosial şəbəkə istifadəçilərinin əksəriyyəti bildirib ki, əsas olan onun gördüyü işlərdir. Q.Qurbanovu dəstəkləyənlər bir sıra xarici klubların baş məşqçilərinin kostyumla oyunu izləməsini misal göstərib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində“Qarabağ” “Şkendiya”ya (Şimali Makedoniya) 5:1 hesabı ilə qalib gələrək növbəti pley-off-a adlayıb.
Billurə