"Çelsi" Dortmund "Borussiya"sının yarımmüdafiəçi Karni Çukvuemekanı icarəyə götürmək təklifini rədd edib.
Kriminal.az Lent.az-a istinadən xəbər verir ki, alman klubu 21 yaşlı britaniyalı futbolçunu 15 milyon funt sterlinqə satınalma opsiyası ilə icarəyə götürmək istəyib.
Ötən mövsümdə Çukvuemeka "Borussiya"ya icarəyə verilib. Yarımmüdafiəçi ümumilikdə 22 oyun keçirib və 1 qol vurub.