İspaniyada havanın temperatoru rekord həddə çatıb.
Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, İspaniya Milli Meteorologiya Xidməti ölkənin cənubunda temperaturun 46 dərəcəyə çatdığını açıqlayıb. Bu həm də iyun ayı üçün yeni rekord deməkdir.
Açıqlamaya görə, Portuqaliya sərhədinə yaxın Huelvada şənbə günü yerli vaxtla saat 16:40-da havanın temperaturu 46 dərəcə olaraq qeydə alınıb. Ölkədə sonuncu iyun temperaturu rekordu 1965-ci ildə Sevilyada qeydə alınıb və o zaman 45,2 olub.
Həddindən artıq istilər İngiltərə, Fransa, İtaliya, Portuqaliya və Yunanıstan kimi Avropa ölkələrində, eləcə də İspaniyada da öz təsirini göstərməkdədir.
Temperaturun İngiltərədə 34, Fransada 32, İtaliyanın müxtəlif şəhərlərində 35-36, Portuqaliyada 34, Yunanıstanın paytaxtı Afinada 35 dərəcəyə çatacağı gözlənilir.
İngiltərədəki Ridinq Universitetinin iqlimşünası Ed Haukins həddindən artıq istilərlə bağlı xəbərdarlıq edib. O deyib ki, yaxın bir neçə gün ərzində İngiltərənin cənub-şərqində temperatur 100 il əvvəlkindən 4-5 dərəcə yüksək olacaq.
Sabah Fransada temperaturun mövsüm normalarından 12 dərəcə yuxarı qalxa biləcəyini qeyd edilir.
Bunun qlobal istiləşmədən qaynaqlandığı və təhlükəli istilik dalğaları olduğu bildirilir.
Bilurə