kriminal.az
Ermənistan KTMT-nin tədbirində iştirakdan imtina edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistanın xarici işlər naziri Mirzoyan gəlməyəcək”, - deyə departamentdən bildirilib.

Qeyd edək ki, iyunun 30-da Qırğızıstanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iclasda iştirak edəcək.

Həmidə İbrahimova

Top
0.078194141387939