kriminal.az
Türkiyədə meşə yanğınlarına görə 17 nəfər saxlanılıb

Türkiyənin son iki gündə baş verən meşə yanğınlarına görə 17 nəfər saxlanılıb.

Kriminal.az ” xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

Nazirin sözlərinə görə, prokurorluq orqanları yanğınların səbəblərinin hərtərəfli araşdırılmasını davam etdirir. O bildirib ki, genişmiqyaslı yanğınların yayıldığı əraziyə düşən Biləcik vilayətinin Gölpazarı rayonundakı həbsxanadan bütün əməkdaşlar və min nəfərdən çox məhkum təxliyə edilib.

Türkiyənin bir sıra vilayətlərində, o cümlədən Ankarada meşə yanğınlarına nəzarət tədbirləri gücləndirilib.

Top
0.060965061187744