kriminal.az
Narin cinayətində YENİ DETAL - İstintaqın gedişatını dəyişə bilər

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətlinə dair yeni hesabat təqdim olunub.

Kriminal.az xəbər verir ki, Hindistan mərkəzli Brilliant Forensic Investigation (BFI) şirkəti tərəfindən hazırlanan hesabatda Narin Güranın əmisigildə deyil, qonşuları Nevzat Bahtiyarın evinin yaxınlığında qaçırıldığı iddia olunur.

Hesabatda qeyd olunur ki, Narin heç vaxt Arif Güranın evinə çatmayıb. Kamera görüntüləri və kölgə analizləri əsasında aparılan araşdırmada, hadisənin Bahtiyarın evinə yaxın ərazidə baş verdiyi ehtimalı irəli sürülür.

BFI həmçinin Almaniya və Beynəlxalq Kriminal Bürosunun əvvəlki hesabatlarında texniki səhvlər olduğunu bildirir. Salim Güranın vəkili bu yeni hesabatı məhkəməyə təqdim edib və işin yenidən araşdırılmasını istəyib.

Xatırladaq ki, Narin Güran 2024-cü ilin avqustunda itkin düşmüş, 19 gün sonra meyiti çay yatağında tapılmışdı. Dörd nəfərə qarşı ağırlaşdırılmış ömürlük həbs cəzası verilmişdi. Yeni hesabat bu qərarın dəyişməsinə səbəb ola bilər. (Baku.ws)

Top
0.061408996582031