kriminal.az
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Kriminal.az a Azərbaycan Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsndən bildirilib.

Məktubda Milli Məclisin sədri mərhumun ailəsinə və yaxınlarına, TBMM-in üzvlərinə şəxsən öz adından və Milli Məclisin deputatları adından başsağlığı verib, mərhuma Allahdan rəhmət diləyib.

Top
0.057250022888184