kriminal.az
Alimlərdən XƏBƏRDARLIQ - Nəhəng asteroid Yerə yaxınlaşır

"2025 PM" adlı asteroid potensial təhlükəli göy cismi kimi qiymətləndirilsə də, Yerə yaxınlaşmasına baxmayaraq onun planetimizlə toqquşma ehtimalı son dərəcə aşağıdır.

Kriminal.az -ın Milli.Az-a istinadən məlumatına görə, bu barədə xarici KİV-lər xəbər yayıb.

Verilən məlumata əsasən, təxminən 50 metr diametrə malik olan "2025 PM" asteroidi bu həftənin sonunda Yerə yaxın məsafədən keçəcək. Göy cisminin avqustun 17-də Yerdən təxminən Ay orbitinin bir diametri qədər məsafədə olacağı gözlənilir.

NASA-nın Jet Propulsion Laboratory (JPL) də asteroidin yaxınlaşması ilə bağlı rəsmi xəbərdarlıq yayıb.

Məlumatda o da vurğulanır ki, ölçülərinə görə təyyarə ilə müqayisə olunan "2025 PM" Yerin ən yaxın məsafəsi hesab edilən 1 milyon kilometrdən bir qədər çox məsafədən keçəcək.

Top
0.058246850967407