kriminal.az
İraqda nəfəsalma problemi yaşayan 600-dən çox zəvvar xəstəxanaya yerləşdirilib

İraqda nəfəsalma problemləri yaşayan 600-dən çox zəvvar xəstəxanaya yerləşdirilib.

Kriminal.az "Al Jazeera"yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nəcəf və Kərbəla şəhərləri arasındakı marşrutda baş verib.

Belə ki, onlar su təmizləyici stansiyadakı sızma nəticəsində xlorlu havanı tənəffüs ediblər.

Səhiyyə Nazirliyindən bildirilib ki, 621 nəfər tənəffüs problemləri ilə xəstəxanaya müraciət edib. Onlara lazımi tibbi yardım göstərildikdən sonra xəstəxanadan ayrılıblar.(report)

Top
0.061857938766479