kriminal.az
Ərdoğandan zəlzələ ilə bağlı ilk açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirdə baş verən zəlzələ ilə bağlı açıqlama verib.

Kriminal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu barədə social şəbəkə hesabında paylaşım edib.

“Bütün əlaqədar qurumlarımız hərəkətə keçib və lazımi addımları atır. Biz də işləri yaxından izləyirik.

Balıkəsirdə baş verən və ətraf ərazilərdə də hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlara şəfalar diləyirəm”.

Top
0.066420793533325