İran son aylarda İsrailin Mossad kəşfiyyat agentliyinin üzvü olduğu güman edilən 20 nəfəri həbs edib.
Kriminal.az xəbər verir ki, bu barədə “Reuters” məhkəmə hakimiyyətinin nümayəndəsi Əsgər Cahangiriyə istinadla məlumat yayıb.
“Məhkəmə sistemi sionist rejimin casus və agentlərinə qarşı yumşaqlıq göstərməyəcək və sərt qərarlar verməklə onların hamısına nümunə olacaq", - Cahangiri bildirilib.
Onun sözlərinə görə, həbs edilən 20 şübhəlidən bəzilərinə qarşı ittihamlar götürülüb və onlar sərbəst buraxılıblar. Cahangiri bildirib ki, istintaq başa çatdıqdan sonra bütün təfərrüatlar ictimaiyyətə açıqlanacaq.