kriminal.az
Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA

"Rusiya və Ukrayna hər iki tərəfi qane edəcək kompromislər tapmalıdırlar".

Kriminal.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bildirib. O, ABŞ Prezidenti Donald Trampla telefon danışığı sonrası açıqlama verib.

"Əlbəttə, məsələ odur ki, Rusiya və Ukrayna sülhə doğru böyük iradə göstərsinlər və hər iki tərəfi qane edəcək kompromislər tapsınlar. Eyni zamanda qeyd etmək istəyirəm ki, ümumilikdə Rusiyanın mövqeyi aydındır. Bizim üçün əsas məsələ bu böhranın əsas səbəblərini aradan qaldırmaqdır," - Putin izah edib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə gələcək sülh müqaviləsinə dair memorandum üzərində işləməyə hazırdır, bu müqavilə atəşkəsin təmin edilməsi və münaqişənin tənzimlənməsi prinsiplərini özündə əks etdirə bilər.

"Biz sadəcə olaraq, sülhə gedən ən effektiv yolu müəyyən etməliyik," - deyə Rusiya prezidenti bildirib.

Top
0.057512998580933