İsrail Müdafiə Qüvvələri CNN-in Bakıda Suriyanın yeni hökumətinin nümayəndələri ilə Təl-Əviv arasında birbaşa danışıqların aparıldığı barədə xəbərini təkzib edib.
Kriminal.az xəbər verir ki, CNN telekanalı Azərbaycana səfər edən və Suriya hökumət rəsmiləri ilə birbaşa danışıqlarda İsrail ordusunun əməliyyat idarəsinin rəisi general-mayor Oded Basiukun da olduğunu bildirib. Bu danışıqların Bakıda Türkiyə ilə İsrail arasında Suriya ilə bağlı təhlükəsizlik danışıqları çərçivəsində baş tutduğu deyilirdi.
Maraqlıdır ki, təkcə CNN deyil, İsrailin “Kanal 12” telekanalı da rəsmi Təl-Əvivin Suriya təmsilçiləri ilə birbaşa və dolayı danışıqlar aparıdığı haqda xəbər yayıb. Danışıqların iki raundunun keçirildiyi iddia edilir. “Kanal-12” də Azərbaycandakı görüşdə general-mayor Oded Basiukun iştirakını iddia edib.
suriya-israil.jpg (82 KB)
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə və İsrailin hərbi və təhlükəsizlik qüvvələrinin nümayəndələri Suriyada tərəflər arasında birbaşa toqquşmaların qarşısını almaq üçün texniki danışıqların ikinci mərhələsini keçirildiyi deyilir. CNN xəbər verir ki, bu danışıqlarda dolayısı ilə Suriya hökumətinin nümayəndələri də iştirak edib.
CNN-in sualına cavab olaraq o da bildirilib ki, İsrail rəsmiləri Bakıda heç biri Suriya rəsmiləri ilə birbaşa danışıqların olub-olmamasını şərh verəyəcək.
Qeyd edək ki, aprelin 10-da da iki ölkənin - Türkiyə və İsrailin Müdafiə nazirliklərinin nümayəndələri Azərbaycanın paytaxtına gəliblər. İsrail və Türkiyə nümayəndə heyətlərinin Bakıda keçirilən danışıqları ölkələr arasında gərginliyin azaldılması istiqamətində mühüm addım olub.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bu günlərdə Bakıda Suriya xüsusi xidmət orqanları arasında aparılan danışıqlardan danışıb. Söhbətin məzmunu, əlbəttə ki, pərdə arxasında qalıb, lakin onun keçirilməsi faktı ölkələrin təhlükəsizlik sahəsində qarşılıqlı marağından, Bakının həm Dəməşq, həm də Moskva üçün əhəmiyyətindən xəbər verir. Xatırladaq ki, Türkiyə və İsrail arasında birinci gərginlik yaranan vaxt Azərbaycanın vasitəçiliyi öz müsbət nəticəsini verib. Hər iki ölkənin müdafiə və təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli rəsmlərinin bu yaxınlarda Bakıda görüşməsi göstərdi ki, Azərbaycan bu dövlətlər arasındakı növbəti gərginliyin də aradan qaldırılmasında səylərini əsirgəmir.(musavat.com)