Prezident İlham Əliyevin Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı və keçirdiyi görüşlər bir daha onu sübut etdi ki, Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının etibarlı şəkildə təmin olunmasında ciddi rol oynayan ölkədir.
Bunu Kriminal.az -a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Onun sözlərinə görə, yeni dünya düzəninin formalaşması mərhəsləsində dünyada və regionumzda baş verən kataklizmlərə baxmayaraq, Prezident İlham Əliyevin yürütdüyü çevik və düzgün siyasət nəticəsində Azərbaycan regional proseslərdə ciddi aktor ölkə rolunda çıxış etməkdədir. “Cənab Prezident İlham Əliyevin yürütdüyü çox vektorlu siyasət və çağırışılara çevik reaksiya verməsi nəticəsində Azərbaycanın geosiyasi mövqeyi nəinki bölgədə, ümumilikdə beynəlxalq aləmdə möhkəmlənməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda deyil, Mərkəzi Asiya, Yaxın Şərq və Cənubi Avropada ciddi aktor rol oynayan ölkə qismində çıxış edir. Çox vektorlu xarici siyasət Azərbaycanın Qərb və Şərqlə tərəfdaşlığı, əməkdaşlığı gücləndirməklə yanaşı, regional təhlükəsizliyin qorunmasında da rolunu artırıb. Azərbaycanın həyata keçirdiyi çoxşaxəli- enerji, nəqliyyat, tranzit yükdaşıma və digər iqtisadi layihələr bunun bariz nümunəsidir. Yürüdülən məqsədyönlü siyasət nəticəsində Qərblə, Şərq, Şimalla Cənub arasında əməkdaşlıq qovşağına çevrilib. Azərbaycan bu istiqamətdə səylərini daha da artırmaqdadır”, - o qeyd edib.
Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyevin Zirvə toplantısı çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü dediklərimizin sübutudur: “Bu görüş Avropa liderlərinin Azərbaycan və Prezident İlham Əliyevlə hesablaşması idi. Görüş zamanı Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə yaxından töhfə verən vacib, etibarlı tərəfdaş ölkə olduğu bir daha bəyan edildi. Azərbaycanın Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirilməklə bərabər Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu xüsusi qeyd olunub. Avropalı liderlər Azərbaycanın bu rolunu yüksək dəyərləndirərək regionda, onun hüdudlarından kənarda sülhün, sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığının əhəmiyyətini bəyan ediblər.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin istər Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə, istər qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, istər ayaqüstü Fransa prezidenti Makronla, istər Albaniya baş naziri Edi Rama, istər Ermənistan baş naziri Nikol Paşinyanla və digər görüşülər Azərbaycanın regional güc kimi qəbul edilməsinin bariz nümunəsidir. Ümumiyyətlə, Zirvə görüşündə ölkə rəhbərinə olan isti münasibət, həm Azərbaycana, həm də cənab Prezident İlham Əliyevə beynəlxalq miqyasdakı nüfuzun göstəricisidir.
Əminəm ki, bundan sonra da Prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya nəticəsində yeni dünya düzəninin formalaşması mərhəsləsində siyasi katakalizmləri Azərbaycan üçün fürsətlərə çevirməklə regional və qlobal müstəvidə geosiyasi mövqeyinin möhkəmlənməsinə, ölkəmizin inkişafına, güclənməsinə, qarşısında duran hədəflərə nail olunmasına imkan yaradacaq”.
Mürtəza
Kriminal.az