Təkcə iyulun 27-də "Telegram" administrasiyası onun siyasətini pozan 402 mindən çox kanal və qrupu bloklayıb.
Kriminal.az xəbər verir ki, bu barədə messencerin saytındakı yenilənmiş statistik məlumatda deyilir.
Sonuncu dəfə bloklama sayı fevral ayında bundan yüksək olub - 490 mindən çox. İyulun 3-də də əhəmiyyətli gündəlik bloklamalar olub - 314 mindən çox.
Ümumilikdə (12 avqust günün sonuna) 2025-ci ildə 20,9 milyondan çox kanal bağlanıb. İyulun əvvəlinə olan statistikaya görə, təxminən 16,3 milyon kanal və qrupa qadağa qoyulub, beləliklə, ay yarımdan az müddətdə 4 milyon daha çox bloklama olub.