kriminal.az
İranda qatarın relsdən çıxması nəticəsində 30 nəfər yaralanıb

İranın Kirman əyalətində sərnişin qatarı relsdən çıxıb.

Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.

Milli Dəmir Yolları İdarəsi texniki personalın və xilasetmə qruplarının müdaxiləsi sayəsində sərnişinlərin təhlükəsiz şəkildə endirildiyini bildirib.

Qatarın relsdən çıxmasının səbəbi hələlik məlum deyil.

Həmidə İbrahimova

Top
0.062743902206421