kriminal.az
"Anasının Mehdinin ölümündən xəbəri olmayıb"

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğından sonra ölən ana-bala ilə bağlı yeni detal üzə çıxıb.

Kriminal.az xəbər verir ki, hadisə zamanı əvvəlcə Mehdi Səmədlinin öldüyü, daha sonra isə anasınn bu xəbərə dözməyərək vəfat etdiyi deyilirdi. 

Mərhumların yaxını Amil Hacıyev ananın Mehdinin ölüm xəbərini eşitdikdən sonra dünyasını dəyişməsi barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib:

“İyulun 7-də Abşeron Gənclər şəhərciyində yerləşən mənzildə baş verən partlayış zamanı xəsarət alaraq yerləşdirdikləri xəstəxanada dünyasını dəyişən Mehdi Səmədli və Günel Əliyeva mənim yaxınımdır. Bütün saytlarda guya övladının ölüm xəbərini bu gün öyrənən ana dözməyərək ölüb deyə xəbər verilir. Halbuki ananın övladının ölümündən ümumiyyətlə xəbəri olmayıb. Hər ikisi bir gün fərqlə aldıqları ağır yanıq xəsarətlərindən dünyalarını dəyişiblər”, - deyə o əlavə edib.

Billurə

Top
0.059709072113037