kriminal.az
BMT Avropadan İranla bağlı bildiriş almayıb

BMT Katibliyi “Aİ3” ölkələrindən İranın nüvə proqramı üzrə danışıqlarda irəliləyiş olmadığı təqdirdə, təşkilatın Təhlükəsizlik Şurasının Tehrana qarşı bütün sanksiyalarının bərpasını nəzərdə tutan mexanizmin (“snapback” prosedura – red) bu yay aktivləşdirilməsi təşəbbüsü ilə bağlı heç bir bildiriş almayıb.

Kriminal.az ” xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik brifinqdə deyib.

O, məsələ ilə bağlı jurnalistin sualına “Bizə rəsmi məktub daxil olmayıb” deyə cavab verib.

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində “snapback” proseduru BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı 2015-ci ildə qəbul olunmuş planın şərtlərinə əsasən ləğv edilmiş bütün sanksiyalarının bərpasını nəzərdə tutur.

Top
0.063097953796387