ABŞ Prezidenti Donald Tramp Qəzzada katolik kilsəsinə edilən hücumla bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Kriminal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.
Onun sözlərinə görə, Trampın hücuma reaksiyası müsbət olmayıb.
“İsraillilərin o katolik kilsəsini vurması səhv idi, Baş nazir prezidentə bunu çatdırdı" - Levit qeyd edib.