kriminal.az
"Çelsi" klublararası dünya çempionatının qalibi olub

Futbol üzrə klublararası dünya çempionatına yekun vurulub.

Kriminal.az xəbər verir ki, ABŞ-ın ev sahibliyi etdiyi turnirin final oyunu İngiltərənin “Çelsi” və Fransanın PSJ komandaları arasında keçirilib. Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda oynanılan qarşılaşma London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Koul Palmer (2 qol) və Joao Pedro vurublar.

Top
0.059144973754883