Azərbaycanda orta aylıq nominal əməkhaqqı rayonlar üzrə dəyişir.
Kriminal.az xəbər verir ki, BAKU.WS-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bölgələr üzrə əməkhaqqı fərqləri hiss olunur.
2023-cü ilin açıqlanan rəsmi rəqəmləri göstərir ki, ən yüksək əməkhaqqı Bakı şəhərində qeydə alınıb – burada orta aylıq maaş 1183,8 manat təşkil edib. Paytaxtı 828,9 manatla Sumqayıt şəhəri və 796,5 manatla Şirvan şəhəri izləyir.
Ən aşağı göstərici isə Tərtər rayonuna məxsusdur – burada orta aylıq əməkhaqqı cəmi 578,3 manat olub.
Regionlar üzrə diqqətçəkən fərqlərdən biri də Şuşa rayonundakı maaş artımıdır. 2023-cü ildə burada orta əməkhaqqı 851,8 manat olub və bu göstərici bir çox iri rayonları geridə qoyur.
İqtisadi rayonlar üzrə 2023-cü ilin orta maaş göstəriciləri:
Bakı – 1183,8 manat
Abşeron-Xızı – 774,7 manat
Qarabağ – 602,3 manat
Şərqi Zəngəzur – 653,0 manat
Ətraflı
Şirvan-Salyan – 691,1 manat
Quba-Xaçmaz – 640,2 manat
Lənkəran-Astara – 598,6 manat
Dağlıq Şirvan – 614,2 manat
Mərkəzi Aran – 589,9 manat
Qazax-Tovuz – 642,7 manat
Gəncə-Daşkəsən – 683,0 manat
Şəki-Zaqatala – 577,5 manat
Mil-Muğan – 593,2 manat
Naxçıvan Muxtar Respublikası – 689,0 manat