kriminal.az
"Neftçi" məşhur futbolçunun transferini rəsmən açıqladı - FOTO

“Neftçi” yeni mövsüm üçün ilk futbolçu transferini rəsmiləşdirib.

Kriminal.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda "ağ-qaralar" keçib.

29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Fransanın Bordo şəhərində anadan olan Sessi D’Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü “Apollon Limassol”da (Kipr) keçirib.34 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.

Top
0.05645489692688