kriminal.az
"Mançester Yunayted" problemlərlə üzləşib

İngiltərənin "Mançester Yunayted" klubu yeni stadionun inşasına hazırlıq zamanı problemlərlə üzləşib.

Kriminal.az xəbər verir ki, 100 min tamaşaçı tutumuna malik yeni stadionun tikintisinə başlamaq üçün hazırkı stadion, "Old Trafford"un yaxınlığındakı torpaq sahəsinin satın alınması tələb olunur.

Hazırda həmin ərazidə dəmir yolu yük terminalı yerləşir. Terminala sahib olan şirkət torpaq sahəsi üçün 400 milyon funt-sterlinq tələb etsə də, "Mançester Yunayted" bu ərazini təqribən 40–50 milyon funt-sterlinqə almaq niyyətindədir.

Qeyd edək ki, "Mançester Yunayted" yeni stadionu 2030-cu ilə qədər tikməyi və bunun üçün ümumilikdə 4,2 milyard funt-sterlinq ayırmağı planlaşdırır.

Top
0.061028957366943