ABŞ prezidenti Donald Tramp bəyan edib ki, növbəti prezident seçkilərində Respublikaçılar Partiyasından ən çox ehtimal olunan namizəd hazırda vitse-prezident vəzifəsində çalışan Ceyms Devid Vens ola bilər.
Kriminal.az xəbər verir ki, Trampın fikrincə, respublikaçıların gələcək namizədi haqqında danışmaq hələ tezdir. “Lakin ən çox ehtimal olunan fiqur və favorit namizəd Vensdir”, - o qeyd edib.
Tramp onun fəaliyyətini bəyəndiyini qeyd edib.
Bununla belə, Tramp qeyd edib ki, respublikaçılar arasında dövlət katibi Marko Rubio da daxil olmaqla, başqa namizədlər də var.
Mürtəza