kriminal.az
Nəhəng camış milyarderi öldürdü - FOTO

ABŞ-li milyarder camış hücumuna məruz qalaraq ölüb.

Kriminal.az xəbər verir ki. hadisə Cənubi Afrikada safari zamanı baş verib.

Belə ki, ovçu milyarder Aşer Vatkins Limpopo əyalətindəki 50 min hektarlıq “Bambisana” mülkündə 10 min dollarlıq ov səfərinə qatılıb.

Bu zaman 1.5 ton çəkisi olan "Qara Ölüm" ləqəbli “Keyp” camışı 55 km/saat sürətlə qaçaraq qəfildən Vatkinsə çırpılıb.

52 yaşlı milyarder ağır yaralanıb və hadisə yerində ölüb.

Safari təşkil edən “Coenraad Vermaak Safaris” şirkəti hadisənin gözlənilməz olduğunu bildirib.

Qeyd edək ki, Vatkins Texasda lüks rançolar (ferma) satan “Watkins Ranch Group”un sahibi və Dallas Safari Klubunun üzvü idi. Yaxın dostları onun dünya səviyyəli ov tüfəngi kolleksiyası olduğunu və qızına olan sevgisi ilə tanındığını bildiriblər. 

O, 2013-cü ildə boşanıb. milyarderin qızı Savanna atasının ölüm xəbəri ilə sarsılıb.

Xatırladaq ki, “Keyp” camışı hər il Afrikada təxminən 200 nəfəri öldürür və ovçular üçün ən ölümcül heyvanlardan biri kimi tanınır. Onların çəkisi 1,5 tona, uzunluğu 3,3 metrə, hündürlüyü isə 1,7 metrə çata bilər. Onların iri, sərt sümüklü buynuzları hücum zamanı ölümcül zərbə vura bilər.

Billurə

Top
0.062927961349487