Portuqaliyanın "Qondomar" klubunun oyunçuları 2025/2026 mövsümündə üzərində Dioqu Jotanın təsviri olan forma ilə çıxış edəcəklər.
Kriminal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Formaların üzərində Dioqu Jota və onun qardaşı Andrenin şəkilləri yerləşdirilib. Jota futbolçu karyerasına (2005–2013-cü illər) “Qondomar”ın akademiyasında başlayıb.
Qeyd edək ki, D.Jota iyulun 3-də avtomobil qəzası nəticəsində 28 yaşında dünyasını dəyişib. O, 2020-ci ildən İngiltərənin "Liverpul" klubunda çıxış edirdi. O, Premyer Liqa təmsilçisinin formasında meydana çıxdığı 182 matçda 65 qol və 26 məhsuldar ötürmə müəllifi olub.