Əvəzedicilər Liqasının son turu üzrə keçirilən "Sabah-2" - "Neftçi-2" oyununda "ağ-qaralar" azlıqda qalıb.
Kriminal.az xəbər verir ki, "Neftçi"nin "Sabah"a 2:1 hesabı ilə qalib gəldiyi matçda Ağadadaş Salyanski rəqib futbolçu Andrey Santosu boğmağa çalışıb. "Ağ-qaralar"ın əsas komandasının da üzvü olan gənc futbolçu 53-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.
Qeyd edək ki, 35 turdan sonra Əvəzedicilər Liqasında hərəyə 68 xalla "Sabah" və "Neftçi" birinci yerləri bölüşür. Hazırda ikinci hissəsi oynanılan matçda qalib gələn komanda çempionluğunu rəsmiləşdirəcək. (Offsideplus.az)