kriminal.az
"Təşkil olunmuş dünya çempionatları arasında ən gözəli Bakıdakıdır"

Türkiyə Minifutbol Federasiyasının prezidenti Cem Durul Bakıda keçirilən dünya çempionatında özlərini evdəki kimi hiss etdiklərini bildirib.

Kriminal.az xəbər verir ki, qurum rəhbəri bunu "Report"a açıqlamasında deyib.

"Qardaş ölkə Azərbaycanı möhtəşəm təşkilatçılığa görə ürəkdən təbrik edirəm. Həqiqətən mundiala əla hazırlaşıblar. Bu günə qədər təşkil olunmuş dünya çempionatları arasında ən gözəli Bakıdakıdır. Bunu bütün qəlbimlə söyləyirəm. Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Ukraynaya qarşı keçirdiyimiz oyunda sona qədər bizi dəstəklədilər. Bu dəstək sayəsində özümüzü Türkiyədəki kimi hiss etdik. Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət"dir", - deyə C.Durul bildirib.

O, Ukraynaya qalib gəldikləri (3:1) C qrupunun ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bu rəqibə qarşı yaxşı hazırlaşmışdıq. Qrupdakı ilk matçımızda son dünya çempionatının üçüncüsü olan Macarıstandan 1 xal almağı bacardıq. Ukrayna üzərindəki qələbə qrupdan çıxmaq şansımızı çox artırdı. Qələbə qazandığımız üçün çox xoşbəxtik".

Top
0.05727219581604