kriminal.az
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb.

Kriminal.az xəbər verir ki, baş tutan 8 matçdan sonra mundialda qrup mərhələsinin I turunun oyunlarına yekun vurulub.

E qrupunda İndoneziya Kosta Rika seçməsinə minimal hesabla qalib gələrək liderliyi ələ keçirib. Bu qrupun digər oyununda Tailand Monteneqro ilə heç-heçəyə razılaşıb - 1:1.

Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ni 4:2 hesabı ilə üstələyərək F qrupuna qələbə ilə başlayıblar.

Dünya çempionatına qələbə ilə start verən yığmalardan biri Çexiya seçməsi olub. Yığma Argentinanı 2:1 hesabı ilə məğlub edib. Gürcüstan komandası isə BƏƏ millisindən güclü olub - 2:0. Avropa təmsilçiləri G qrupunda 3 xala malikdirlər.

H qrupunda isə İspaniya Qanaya, Serbiya isə İsrailə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, sabah komandalar qrup mərhələsindı II turun görüşlərinə start verəcəklər. Mundiala iyunun 1-də yekun vurulacaq.

Top
0.057272911071777