Serbiya millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında İsrail yığmasını məğlub edib.
Kriminal.az xəbər verir ki, "Report"un məlumatına görə, H qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub.
Mundialın ikinci gününün son qarşılaşması serblərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (1:0), İndoneziya Kosta Rikanı (1:0), Çexiya Argentinanı (2:1), Polşa Qazaxıstanı (2:1), Bosniya və Herseqovina ABŞ-ni (4:2), Gürcüstan isə BƏƏ-ni (2:0) məğlub edib. Monteneqro - Tailand matçında qalib müəyyənləşməyib - 1:1.