kriminal.az
İsrail Xameneini öldürməklə hədələdi

İsrailin müdafiə naziri Yisrael Kata İranın ali lideri Seyyid Əli Xameneini öldürməklə hədələyib.

Kriminal.az xəbər verir ki, bununla bağlı İsrailin müdafiə naziri Yisrael Kats öz X hesabında paylaşım edib.

“Mən Xameneiyə sığınacaqdan çıxanda gözlərini göyə qaldıraraq hər vızıltıya diqqətlə qulaq asmağı tövsiyə edirəm”, - Kats deyib.

İsrailin müdafiə naziri İrana iyun ayında 12 günlük hücumları zamanı Xameneini öldürmək istədiklərini, lakin onun yerini tapa bilmədiklərinə görə buna nail ola bilmədiklərini açıqlayıb.

Mürtəza

Top
0.079068899154663