Kolumbiya Prezidenti Qustavo Petro Perunu ölkəsinə məxsus əraziləri mənimsəməkdə ittiham edib.
Kriminal.az xəbər verir ki, bu barədə siyasətçi X sosial şəbəkəsində yazıb.
O bildirib ki, Peru hökuməti növbəti dəfə Kolumbiyaya aid olan ərazini tutub və bununla da Rio-de-Janeyro Protokolunu pozub.
Petronun sözlərinə görə, 1934-cü ildə Kolumbiya ilə Peru arasında imzalanmış müqavilədə ölkələr arasındakı sərhədin Amazon çayının ən dərin nöqtəsi boyunca keçməsi nəzərdə tutulur. Hazırda orada dövlət sərhədinin şimalında yerləşən adalar meydana çıxıb. Peru bu ərazilərin qonşu ölkəyə deyil, ona aid olduğu barədə qanun qəbul edib.(oxu.az)