"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" klubunu məğlub edib.
Kriminal.az xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə Bakı klubu 2:0 hesablı qələbə qazanıb.
"Sabah"ın heyətində Pavol Şafranko (84-cü dəqiqə) və Kahim Parris (90-cı dəqiqə) fərqlənib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçında ikinci qol vurulub.
Kriminal.az xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə Bakı klubu hesab arasındakı fərqi artırıb - 0:2.
Kahim Parris 90-cı dəqiqədə rəqib qapısına yol tapıb.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçında hesab açılıb.
Kriminal.az xəbər verir ki, Kişineudakı "Zimbru" stadionunda keçirilən görüşdə Bakı klubu hesabda irəli çıxıb.
Pavol Şafranko 84-cü dəqiqədə fərqlənib.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) matçı start götürüb.
Kriminal.az xəbər verir ki, görüş Kişineudakı "Zimbru" stadionunda keçirilir.
Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda qarşılaşacaq "Sabah" və Moldovanın "Petrokub" klubunun start heyətləri açıqlanıb.
Kriminal.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Petrokub": 1.Silviu Smalanea, 90. İon Jardan (kapitan), 21. Maksim Potirnişe, 24. Sedrik Nqa, 66. İon Bors, 11. Sergiu Platitsa, 44. Cessi Cou, 39. Teodor Lunqu, 79. Viktor Boqaçuk, 13. Maksim Kojokaru, 23. Mihay Lupan.
Ehtiyat oyunçular: 31. Viktor Dodon, 32. Dimutru Koval, 3. Katalin Kukoş, 7. Dan Şpataru, 8. Demitru Demian, 15. Petru Popesku, 17. Kristian Paşkaluta, 19. Nikola Rotaru, 27. Vadim Diyinari, 37. Dan Puşkaş, 77. Sergey Decev
"Sabah": 92. Stas Pokatilov, 80. Akim Zedadka, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 70. Cesse Sekidika, 13. İvan Lepinitsa, 22. Zinədin Uld Xaled, 10. Anatoli Nuriyev, 18. Pavol Şafranko (kapitan), 20. Coy-Lens Mikels.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 2. Amin Seydiyev, 6. Abdullah Xaybullayev, 7. Boyan Letiç, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellür Mütəllimov, 33. Umarali Raxmonaliyev, 53. Andrey Viktor, 88. Xəyal Əliyev, 99. Nyeqoş Kupusoviç
Qeyd edək ki, Kişineudakı "Zimbru" stadionunda təşkil olunacaq "Petrokub" - "Sabah" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.