kriminal.az
Konfrans Liqası: "Araz-Naxçıvan" "Aris" üzərində qələbə qazanıb - YENİLƏNİB

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris"ə qalib gəlib.

Kriminal.az xəbər verir ki, "Dalğa Arena"da keçirilən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.

Qarşılaşmada hesabı qonaqlar açıblar. 66-cı dəqiqədə Moron Loren fərqlənib. Bununla belə özündə güc tapan meydan sahibləri 75-ci dəqiqədə Felipe Santosun, 3 dəqiqə sonra isə Patrik Andradenin qoluna seviniblər.

Qeyd edək ki, tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.

***

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununda üçüncü qol vurulub.

Kriminal.az xəbər verir ki, "Dalğa Arena" stadionunda keçirilən qarşılaşmada təmsilçimiz hesabda irəli çıxıb - 2:1.

"Araz-Naxçıvan"ın heyətində 78-ci dəqiqədə Patrik Andrade fərqlənib.

***

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyunu start götürüb.

Kriminal.az xəbər verir ki, matç "Dalğa Arena" stadionunda keçirilir.

Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.

***

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.

Kriminal.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ilk olaraq meydana  “Araz-Naxçıvan” çıxacaq.

Elmar Baxşıyevin yetirmələri “Dalğa Arena”da Yunanıstan təmsilçisi “Aris”i qəbul edəcək. 

Avropa Konfrans Liqası 2-ci təsnifat mərhələsi, ilk oyunlar 24 iyul

20:00. “Araz-Naxçıvan” – “Aris”

Komandaların start heyətləri:

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 4. İqor Ribeiro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarls Boli, 77. Bruno Aleksander

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İskəndərov, 16. Ramon Maçado, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqeş, 26. Ömər Buludov

“Aris”: 33. Afanasiadis, 4. Leismann, 7. Çarles Perez, 8. Monçu (k), 10. Račić, 14. Brabek, 27. Fadiqa, 37. Mendil, 80. Loren Moron, 97. F. Yensen, 99. Diandi

Ehtiyat oyunçular: 21. Maykiç, 91. Karaj, 15. A. Tejero, 17. Fridek, 18. Morutan, 24. Alvaro, 28. Dudu, 41. Xarupas, 70. Gianniotas, 77. Panagidis

Top
0.058917045593262