kriminal.az
Rusiya Çindən dron mühərriklərini bu adla alırmış

Rusiya Çin istehsalı olan dron mühərriklərini sənəddə “sənaye soyuducu qurğuları” kimi göstərərək alır.

Kriminal.az xəbər verir ki, Avropa xüsusi xidmət orqanlarındakı üç mənbəyə əsasən, bu avadanlıqlar saxta şirkətlər vasitəsilə ölkəyə gətirilir.

Mühərriklərin İjevskdə yerləşən və “Harpia-A1” adlı pilotsuz uçuş aparatları istehsal edən “Kupol” zavoduna göndərildiyi bildirilir. Detalların Çindən tədarükü oktyabr ayından etibarən “China Southern” və “Sichuan Airlines” aviaşirkətləri ilə həyata keçirilir.

Bu sxem vasitəsilə Çin ixrac nəzarətindən və Qərbin sanksiyalarından yan keçmək mümkün olur.(musavat.com)

Top
0.062227010726929