kriminal.az
Rusiyada satılan çayların üzərindəki şüarlar diqqət çəkdi - Şirkətdən açıqlama - VİDEO

Rusiyada "Azerçay" adı altında satılan məhsulların üzərində şüarlar yazılmasını əks etdirən video diqqət çəkib.

Kriminal.az xəbər verir ki, çay paketlərinin üzərində “Rusiya cavab verəcək, əsəbləşməyin”, “Rusiya Federasiyasında qanunu pozdunuz, cavab verin” kimi cümlələr yer alıb.

Məsələ ilə bağlı Azərsun Holdinqdən Kriminal.az -ın sorğusuna cavab olaraq məlumatların həqiqəti əks etdirmədiyi bildirilib. 

“Bildirmək istəyirik ki, Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən "Azerçay" məhsullarının dizaynı və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur. Qablaşdırma üzərinə heç bir şüar əlavə edilməyib. Sosial media hesablarında yayılan video həqiqəti əks etdirmir” – məlumatda deyilir.

Billurə Yunus

Top
0.063916921615601