kriminal.az
Avtomobillərin anidən alışmasının səbəbləri açıqlanıb - VİDEO

Yolun ortasında maşının alışıb yanması ilə bağlı videolarla tez-tez rastlaşırıq.
Bəs xüsusilə də yaz-yay dövründə bu cür halların baş verməsinə səbəb nədir?

Kriminal.az xəbər verir ki, mütəxəssis Səbuhi Allahverdiyev "Xəzər Xəbər"ə deyib ki, son dövrlərdə avtomobillərin alışıb yanması faktları artıb. Bunların da əksəriyyəti ehtiyatsızlığın nəticəsidir.

Mütəxəssis bildirib ki, maşına edilən müdaxilələr, əlavə cərəyana səbəb olan işıqgücləndiricilər, həmçinin benzin çənlərinə müdaxilələr yanğın riskini artırır. Elektromobillərdə isə avtomobilə düzgün qulluq edilməməsi, yaxud ustaların səriştəsizliyi yanğın hallarına gətirib çıxarır.

Ekspert deyib ki, hər bir avtomobildə yanğınsöndürücü balon olmalıdır. Əgər avtomobildə alışma baş verərsə, əvvəlcə balonla müdaxilə edilməli, sonra isə FHN-ə zəng olunmalıdır.

Top
0.058818817138672