kriminal.az
Dövlət qulluğuna qəbul üzrə YENİ QAYDA

Dövlət qulluğuna qəbul üzrə müsahibənin nəticələrinə yenidən baxılması qaydalarında dəyişiklik edilir.

Kriminal.az Sfera.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, Şuraya və məhkəməyə şikayət verə bilərlər.

Təklif edilən dəyişikliyə əsasən, namizədlər məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasına şikayət verə biləcəklər.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Top
0.06070613861084