Sabah Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə toplantısı öz işinə başlayacaq.
Kriminal.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin Zirvə toplantısında iştirak etmək üçün artıq Macarıstanda səfərdədir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin qeyri-rəsmi Zirvə Toplantısında iştirak etmək üçün sabah Macarıstanın paytaxtı Budapeştə səfər edəcək.
Bu barədə sosial mediada paylaşım edən Türkiyə Prezident Administrasiyasının Komunikasiyalar direktoru Fəxrəddin Altun bildirib ki, “Şərq və Qərbin qovuşma nöqtəsi” mövzusu ilə keçiriləcək Budapeşt Zirvə Toplantısı çərçivəsində TDT-nin institusional strukturunun gücləndirilməsi istiqamətində davam edən səylər nəzərdən keçiriləcək.
"Zirvə toplantısında müxtəlif sənədlərin və qərarların, o cümlədən Budapeşt Bəyannaməsinin qəbulu nəzərdə tutulur", - Altun qeyd edib.
Mürtəza
Kriminal.az